Xaricdəki müxaliflərin əmlakı müsadirə edilsin - Hakim
Son vaxtlar xaricdə yaşayan muzdluların İrandakı əmlak və aktivlərinin müsadirə edilməsi öz təsirini göstərib.
Axar.az xəbər verir ki, bunu İsfahan əyalətinin baş hakimi Əsədullah Cəfəri deyib.
“İsfahan, Tehran və ya hər hansı başqa şəhərdə xaricdə yaşayan müxaliflərin əmlaklarının əllərindən alınması onların xaricdə İran səfirlikləri qarşısında etiraz aksiyalarının günü-gündən azalması ilə nəticələnib”, - o bildirib.
Cəfəri müsadirələrin önləyici tədbir kimi davam etdirilməsinin vacibliyini vurğulayıb və bunun daha da genişləndirilməsini təklif edib.
Qeyd edək ki, yanvar ayındakı etiraz aksiyalarından sonra xaricdə yaşayan mühacir iranlıların Tehrana qarşı etiraz aksiyaları davam edir.
Həmin etirazlarda iştirak edən və dəstək verən yüzlərlə şəxsin, o cümlədən jurnalist, idmançı, sənətçi siyasi fəal və iş adamlarının İrandakı əmlakları əllərindən alınıb.