Digər

Ərdoğan Netanyahuya xəbərdarlıq etdi

10 Jun 2026, 15:39 3 baxış
Ərdoğan Netanyahuya xəbərdarlıq etdi

İsrail Baş naziri Benyamin Netanyahu və onun cinayətkar şəbəkəsinin Suriya və Livana qarşı hücumları təkcə bu iki qardaş ölkəni deyil, həm də Türkiyəni təhdid edən bir nöqtəyə çatıb.


Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


“Türkiyənin təhlükəsizliyi yalnız Hatayda deyil, həm də Hələb, Dəməşq və Beyrutda başlayır. Qardaş xalqlarımızda heç bir uğursuzluğa dözməyəcəyik və onlara qarşı təcavüzə göz yummayacağıq.


“Böyük İsrail” xəyalının əsas məqsədinin nə olduğunu bilirik. Allah qoysa, buna heç vaxt icazə verməyəcəyik”, - o əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər