Digər

Ermənilər məşhur mahnımızı oxuyub-oynadılar - Video

10 Jun 2026, 12:27 25 baxış
Ermənilər məşhur mahnımızı oxuyub-oynadılar - Video

Ermənistanın paytaxtı İrəvanda Azərbaycan xalq mahnısı “Muleyli” (və ya “Bu Leyli”) səsləndirilib.


Kult.az Globalinfo.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ermənilərin mahnının sədaları altında rəqs etdiyi əks olunub.


Videonun qısa zamanda geniş müzakirələrə səbəb olduğu bildirilir.


“Muleyli” Azərbaycan musiqi irsinin məşhur nümunələrindən biridir və müxtəlif ifaçılar tərəfindən fərqli üslublarda səsləndirilib.


Qeyd edək ki, ötən gün ermənilər "Qarabağ" (Anadır arzulara hər zaman Qarabağ) mahnısına rəqsləri ilə gündəmə gəlmişdilər.

Mənbə axar.az

Oxşar Xəbərlər