Digər
Hakan Fidan Moskvaya gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya işgüzar səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“İyunun 15-17-də baş tutacaq səfər çərçivəsində Hakan Fidanın Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqları, eləcə də digər ikitərəfli görüşləri planlaşdırılır”, - o bildirib.
Mənbə
axar.az