Digər
İranda tanınmış din xadiminə hökm oxundu
Tanınmış din xadimi, universitet müəllimi və dini məsələlər üzrə tədqiqatçı Əbdülrəhim Süleymaniyə hökm oxunub.
Axar.az xəbər verir ki, bu barədə “İnsaf nyus” məlumat yayıb.
Din Xadimlərinin Xüsusi Məhkəməsi hazırda Qum şəhərinin həbsxanasında saxlanılan Süleymanininin 6 il azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Süleymani maddi cərimə də ödəməyə məhkum edilib və din xadimi geyimindən istifadəsinə qadağa qoyulub.
Qeyd edək ki, Əbdülrəhim Süleymani “milli təhlükəsizliyə zərbə vurmaq”da, “ictimai rəyi çaşdırmaq”da, “rəhbəri və müqəddəsləri təhqir etmək”də, “vətəndaşları üsyana təşviq etmək”də ittiham edilib.
Mənbə
axar.az