Dünya

İspaniyanın baş nazirindən Roma Papasına maraqlı hədiyyə - FOTO

08 Jun 2026, 16:14 29 baxış
İspaniyanın baş nazirindən Roma Papasına maraqlı hədiyyə - FOTO
İspaniyanın Baş naziri Pedro Sançes Roma Papası XIV Leoya sülh və dialoqun simvolu olaraq bonsai şəklində zeytun ağacı hədiyyə edib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krallıq Nazirlər Kabineti rəhbərinin mətbuat xidmətindən məlumat verilib. Pontifik baş naziri Madriddəki Apostol Nuntsiaturunda qəbul edib. Görüş zamanı Sançes Roma Papasına 13 yaşlı ispan bonsai zeytun ağacını bağışlayıb. Bu bitki ənənə və innovasiyalar, tarixi köklərə hörmət və qabaqcıl texnologiyaların tətbiqi arasında ideal tarazlığı təmsil edir. "Zeytun ağacı sülhün, dialoqun və anlayışın - İspaniya və Vatikanın ortaq dəyərlərinin universal simvoludur", - deyə mətbuat xidmətindən bildirilib.
İspaniyanın baş nazirindən Roma Papasına maraqlı hədiyyə - FOTO İspaniyanın baş nazirindən Roma Papasına maraqlı hədiyyə - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər