Dünya

Bred Pitt qəribə arzusunu dilə gətirdi

07 Oct 2026, 15:24 2 baxış
Bred Pitt qəribə arzusunu dilə gətirdi
"Tanrım, 50-li yaşlarıma qayıtmaq istəyirəm. Daha çox iş görərdim". Oxu.Az xəbər verir ki, bunu "Esquire" jurnalına verdiyi müsahibədə məşhur aktyor Bred Pitt deyib. Məlumata görə, sənətçi 11 ekran əsərində çəkilib, 17 filmə prodüserlik edib və hətta "Oskar" mükafatına layiq görülüb. Lakin 62 yaşlı ulduz sənətçi bundan qat-qat artığını edə biləcəyi qənaətindədir. Aktyor, həmçinin gənc yaşlarında pərəstiş etdiyi bəzi sənətkarların artıq vəfat etdiyini, bu səbəbdən də zamanın gedişatını tamamilə fərqli qəbul etməyə başladığını vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər