Dünya
Türkiyə öz "Starlink"ini yaradır
Türkiyə ABŞ-nin "Starlink" rabitə sisteminin milli analoqu olaraq "Astralink" aşağı orbitli kosmik qruplaşmanı yaratmaq niyyətindədir. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sabah" nəşri Türkiyə hərbi-sənaye kompleksinin "ASELSAN" şirkətinin baş direktoru Ahmet Akyol Antalyada keçirilən Beynəlxalq Astronavtika Konqresində məlumat verib. Məlumata görə, 198 peykdən birincisinin iki il ərzində buraxılması planlaşdırılır. "Biz bu layihənin reallaşdırılmasına ötən ilin sonunda başlamışıq. Bizim 198 aşağıorbitli peykdən ibarət qruplaşmamız olacaq. Onlardan birincisinin iki il ərzində buraxılması planlaşdırılır. Sistemin öz siqnal forması, çipləri və yerli ekosistem tərəfindən hazırlanmış altsistemləri olacaq", - deyə Ahmet Akyol bildirib. O qeyd edib ki, "Astralink" Türkiyəni və ona dost ölkələri dayanıqlı rabitə ilə təmin edəcək. "Gökbağı" adı ilə də tanınan "Astralink" sistemi Türkiyədə texnoloji müstəqillik strategiyası çərçivəsində hazırlanır. Peyk çipləri, proqram alqoritmləri və anten qəbulediciləri də daxil olmaqla, onun bütün komponent bazası "ASELSAN" şirkəti tərəfindən layihələndirilib.
Mənbə
oxu.az