Dünya

Aİ Aralıq dənizindəki gəmilərinə Rusiya nefti daşıyan tankerləri saxlamağa icazə verdi

08 Jun 2026, 16:30 28 baxış
Aİ Aralıq dənizindəki gəmilərinə Rusiya nefti daşıyan tankerləri saxlamağa icazə verdi
Avropa İttifaqı (Aİ) ölkələri IRINI əməliyyatı çərçivəsində Aralıq dənizində olan hərbi gəmilərinə, Brüsseldə "kölgə donanması" adlandırılan və Rusiya neftinin daşındığı təxmin edilən xarici tankerləri saxlamağa icazə verib. Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas ittifaq ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə jurnalistlərə bildirib. "Biz həm də "kölgə donanmasını" müzakirə edəcəyik. Bizim IRINI əməliyyatımız döyüş tətbiqi qaydalarını dəyişdi və indi gəmiləri saxlamağa başlayacaq. İdeya müxtəlif Aİ ölkələrinin tətbiq etdiyi ən yaxşı təcrübələrdən istifadə etməkdir", - deyə o vurğulayıb və əlavə edib ki, bu tədbirlərin əsas məqsədi "Rusiyanın Ukraynadakı münaqişəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaqdır". Aİ-nin IRINI əməliyyatı 2020-ci ildə Liviyaya qanunsuz silah daşınmasının qarşısını almaq üçün ticarət gəmilərini yoxlamaq məqsədilə Aralıq dənizində tətbiq olunmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər