Dünya

Tehranda mövcud avtoparklar sığınacaqlara çevriləcək

08 Jun 2026, 17:02 32 baxış
Tehranda mövcud avtoparklar sığınacaqlara çevriləcək
Tehran rəsmiləri paytaxtda ilk yeraltı dayanacaq-sığınacağın tikintisinə start veriblər. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tehran meriyasının rəsmisi Əbdülmütəhhər Məhəmmədxani brifinqdə məlumat verib. Onun sözlərinə görə, fəaliyyətdə olan bəzi avtoparkların təhlükəsizlik sığınacaqlarına uyğunlaşdırılması da planlaşdırılır: "Tehranda sığınacaq tipli dayanacaqların inşasına artıq başlanılıb və yaxın həftələrdə şəhərdə ilk belə obyekt istifadəyə verəcəyik. Bəzi avtoparklar da lazımi standartlara cavab verməsi üçün yenidən qurulacaq və müvafiq dəyişikliklərdən sonra sığınacaq kimi fəaliyyət göstərmək potensialına malik olacaq".
Mənbə oxu.az

Oxşar Xəbərlər