Dünya

Rusiya ilə həmsərhəd ölkələrdə NATO-nun 200-dən çox təyyarəsi havaya qalxacaq

08 Jun 2026, 14:44 31 baxış
Rusiya ilə həmsərhəd ölkələrdə NATO-nun 200-dən çox təyyarəsi havaya qalxacaq
NATO iyunun 8-də Rusiya ilə həmsərhəd olanlar da daxil olmaqla, ölkələrdə başlayacaq "Ramstein Flag 2026" (RAFL 26) taktiki hərbi-hava təlimlərinin başladığını elan edib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, müvafiq bəyanat NATO-nun saytında dərc edilib. Məlumata görə, təlimdə 18 ölkə iştirak edəcək. Təlimlər üçün əsas meydançalar Danimarka, İspaniya, İsveç və Rusiya ilə həmsərhəd olan Norveç və Finlandiya olacaq. Təlimin əsas məqsədi alyansın kollektiv hərbi hazırlığının yaxşılaşdırılması olacaq. NATO-nun məlumatına görə, təlimdə 200-dən çox təyyarə iştirak edəcək və onlar gündə təxminən 150 uçuş həyata keçirəcək. 8-19 iyun tarixlərində Finlandiya, Norveç, İsveç və Danimarkanın hava məkanında keçiriləcək NATO Hərbi-Hava Qüvvələrinin "Ramstein Flag 2026" təlimlərində alyansın 19 üzvü iştirak edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər