Dünya

Si Cinpin son yeddi ildə ilk dəfə Şimali Koreyaya dövlət səfəri edib - VİDEO

08 Jun 2026, 12:44 43 baxış
Si Cinpin son yeddi ildə ilk dəfə Şimali Koreyaya dövlət səfəri edib - VİDEO
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin son yeddi il ərzində ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri edib. Oxu.Az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
"ÇXR Sədri Si Cinpin iyunun 8-də KXDR-ə dövlət səfəri edib", - deyə mətbuat nümayəndələri qeyd ediblər. Xatırladaq ki, bundan əvvəl Çin liderinin Şimali Koreyaya səfərinin 8-9 iyun tarixlərində baş tuta biləcəyi barədə xəbərlər verilmişdi. Hələ 2023-cü ildə ÇXR Sədri Si Cinpin KXDR rəhbəri Kim Çen İna cavab teleqramı göndərərək, iki ölkə arasında ikitərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib. Həmin mesajda Çin və Şimali Koreyanı "yaxşı qonşular" adlandıran Si Cinpin dostluq münasibətlərinin irəliləməsinə və daimi olaraq yeni mərhələyə qədəm qoymasına dəstək vermək niyyətini ifadə edib. Qeyd edək ki, Si Cinpinin Şimali Koreyaya əvvəlki dövlət səfəri 2019-cu ildə baş tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər