Dünya

Yaxın Şərqdəki gərginlik fonunda neft KƏSKİN BAHALAŞDI

08 Jun 2026, 11:44 30 baxış
Yaxın Şərqdəki gərginlik fonunda neft KƏSKİN BAHALAŞDI
Yaxın Şərq münaqişəsində yeni eskalasiya əlamətləri fonunda neft kəskin bahalaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçersləri 4.23 dollar (4.54%) bahalaşaraq bir barel üçün 97.32 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 1.94 dollar (2.04%) ucuzlaşaraq bir barel üçün 93.09 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 3.94 dollar (4.35%) artaraq bir barel üçün 94.48 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 2.50 dollar (2.69%) ucuzlaşaraq bir barel üçün 90.54 dollara satılmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər