Dünya

SAXAL: İsrail HHQ bir neçə obyektə zərbə endirib - VİDEO

08 Jun 2026, 09:54 30 baxış
SAXAL: İsrail HHQ bir neçə obyektə zərbə endirib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL) İrandan raket hücumuna məruz qaldıqlarını təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə SAXAL "X" hesabında açıqlama yayıb.
Bildirilib ki, müdafiə sistemləri təhlükəni zərərsizləşdirmək üçün fəaliyyət göstərir. Ərazilərdəki sakinlərin mobil telefonlarına birbaşa ilkin xəbərdarlıq göndərilib. Bundan başqa SAXAL İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Bəndər-Mahşəhr şəhərindəki neft-kimya müəssisəsinə hava zərbələri endirdiyini də açıqlayıb. "İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl İranın cənub-qərbindəki Mahşəhrdə yerləşən neft-kimya kompleksinin bir neçə hədəfinə zərbələr endirib", - deyə məlumatda qeyd olunub. İranın "Fars" xəbər agentliyi də sözügedən obyektə edilən hücum faktını təsdiqləyərək, müəssisəyə qismən ziyan dəydiyini bəyan edib.
SAXAL: İsrail HHQ bir neçə obyektə zərbə endirib - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər