Dünya
Ermənistanda seçkinin nəticələri ilə bağlı RƏSMİ AÇIQLAMA: Qalib kimdir?
Ermənistanda 2006 seçki məntəqəsindən 1 296-da səsvermənin nəticələri açıqlanıb, ümumi bülletenlərin 55.95 faizi hesablanıb. Oxu.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) səhər saat 06:30-a olan məlumatında bildirilib. Bu göstəricilərə əsasən, hazırda hakimiyyətdə olan Vətəndaş Sazişi Partiyası 50.86% (414 608 səs) toplayaraq siyahıya liderlik edir. İkinci pillədə 23.19% (189 050 səs) nəticə göstərən "Güclü Ermənistan" partiyalar bloku qərarlaşıb. Üçüncü yerdə isə 9.6%-lə (78 275 səs) "Ermənistan" partiyalar blokudur. Çiçəklənən Ermənistan Partiyası 4.1% (33 417 səs) toplayaraq dördüncü mövqedədir. Beşinci sıradakı Birlik Qanadları Partiyasının aktivində isə hələlik 2.3% (18 720 səs) var.
Mənbə
oxu.az