Dünya

İraqın cənubunda avtobus aşdı: 21 ölü, 19 yaralı

07 Jun 2026, 23:24 3 baxış
İraqın cənubunda avtobus aşdı: 21 ölü, 19 yaralı
İyunun 7-də İraqın cənubundakı Nasiriyyə və Bəsrə şəhərlərini birləşdirən yolda avtobusun aşması nəticəsində 21 nəfər ölüb, 19 nəfər yaralanıb. Oxu.Az INA-ya istinadən xəbər verir ki, İraqın Baş naziri Əli əl-Zeydi qəza ilə bağlı araşdırma aparılmasını tapşırıb. İraq Səhiyyə Nazirliyindən bildirliib ki, ilkin rəqəmlərə görə, iranlı turistlər də daxil olmaqla 21 nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralılar müalicə və qayğı üçün tibb müəssisələrinə köçürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər