Dünya
Pakistanda evin damı UÇDU: Bir ailədən 6 UŞAQ HƏLAK OLDU
Pakistanın Xayber Paxtunxva əyalətində kərpicdən tikilmiş evin damının uçması nəticəsində altı uşaq həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb. Xəbərə görə, əyalətin Şanqla bölgəsində kərpicdən tikilmiş evin damının uçması nəticəsində yeddi uşaq dağıntılar altında qalıb. Hadisə yerinə cəlb edilən xilasetmə qrupları altı uşağın cəsədini aşkar edib, bir uşaq isə ağır yaralı vəziyyətdə xilas olunub. Uşaqların hamısının bir ailəyə mənsub olduğu qeyd edilir, lakin hadisənin səbəbləri barədə hələlik heç bir məlumat verilməyib.
Mənbə
oxu.az