Dünya

Fransada məktəb işçilərinin etirazına uşaq bağçası əməkdaşları da qoşuldu

07 Oct 2026, 19:48 2 baxış
Fransada məktəb işçilərinin etirazına uşaq bağçası əməkdaşları da qoşuldu
Fransada körpələr evi və uşaq bağçaları işçilərinin həmkarlar ittifaqları əmək şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə ümummilli tətilə qoşulublar. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Sent-Etyendə Jan-Jores meydanında keçiriləcək aksiya şəhərdəki 10 körpələr evinin fəaliyyətinə təsir edəcək. Onlardan bəziləri fəaliyyətini tamamilə dayandıracaq, əksəriyyəti isə qısaldılmış iş rejimində çalışacaq. Tətilə 50-yə yaxın təşkilatı birləşdirən "Pas de bébés à la consigne" kollektivi təşəbbüs göstərib. Həmkarlar ittifaqları maaş cədvəllərinə yenidən baxılması, iş şəraitinin yaxşılaşdırılması və təlim mərkəzlərinin yaradılması tələbləri ilə hələ sentyabr ayında xəbərdarlıq ediblər. "Yerlərdəki işçilər üçün nəzərəçarpacaq tədbirlərin görülməsinə təcili ehtiyac var", - deyə nəşr onların bəyanatından sitat gətirib. Həmkarlar ittifaqı fəallarının sözlərinə görə, bu sahədə ciddi kadr çatışmazlığı və işçi axını mövcuddur. Fransa hökuməti məktəbəqədər təhsil sisteminin dəstəklənməsi üçün üç il müddətinə nəzərdə tutulan 90 milyon avroluq təcili plan elan etsə də, həmkarlar ittifaqları bu məbləğin yetərsiz olduğunu bildirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər