Digər

İrana qarşı müharibənin dayandırılmasının ilkin şərti...

07 Oct 2026, 21:40 2 baxış
İrana qarşı müharibənin dayandırılmasının ilkin şərti...

ABŞ İran hakimiyyətinin uranın zənginləşdirilməsi səviyyəsini əhəmiyyətli dərəcədə azaltması üçün hər şeyi edir. Bu, İslam Respublikasına qarşı müharibənin dayandırılmasının əsas şərtidir.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens “Röyters”ə açıqlamasında deyib.


Vens bildirib ki, əgər İran nüvə silahına sahib olmaq istəmirsə, onda niyə 60 faiz zənginləşdirmə səviyyəsinə malik urana ehtiyac duyur?


ABŞ vitse-prezidentinin sözlərinə görə, ABŞ əvvəlki kimi Tehranla saziş bağlamağa hazırdır. Lakin Tehrandan nüvə sahəsində konkret güzəştlər tələb edilir.


O əlavə edib ki, vəziyyət Tehranda son qərarı kimin qəbul etdiyinin hələ də bəlli olmamasına görə çətindir.

Mənbə axar.az

Oxşar Xəbərlər