Cəmiyyət
142 nömrəli avtobusda təhlükəli anlar: Sürücü sıxlıqda açıq qapı ilə hərəkət etdi - Video
Bakıda 142 nömrəli şəhərətrafı marşrut avtobusu qapısı açıq vəziyyətdə hərəkət edib. Bu barədə Oxu.Az-a müraciət daxil olub. Müraciətdə qeyd olunub ki, avtobusda sıxlıq olduğu üçün sürücünün qəfil əyləcdən istifadə etməsi halında açıq qapı sərnişinlərin həyatı üçün təhlükə yarada bilər. Həmçinin bildirilib ki, sözügedən avtobusun sürücüsü bəzi dayanacaqlarda nəqliyyat vasitəsini saxlamayıb. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. Videonu təqdim edirik:
Mənbə
oxu.az