Digər

Fransanın İrana cavabı gecikmədi: Yalan məlumat...

07 Oct 2026, 21:31 2 baxış
Fransanın İrana cavabı gecikmədi: Yalan məlumat...

Fransa Xarici İşlər Nazirliyi İran səfirini XİN-ə çağırıb.


Axar.az xəbər verir ki, bu barədə Fransa XİN-in sözçüsü Paskal Konfavrön məlumat yayıb.


Məlumata görə, səfir Fransada şagirdlərin və məktəb işçilərinin etiraz aksiyaları ilə bağlı İranın yalan məlumatlar yayması səbəbindən XİN-ə dəvət olunub:


"Səfirə İran Xarici İşlər Nazirliyinin rəsmi hesabları vasitəsilə internetdə yalan məzmunun yayılmasının tamamilə qəbuledilməz olduğu bildirilib".


Həmçinin Fransa səfirinin də İran XİN-ə çağırılmasının əsassız olduğu qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər