İdman
Entoni Teylor Türkiyədə hakim təyinatlarında əsas söz sahibi olacaq
Türkiyə Mərkəzi Hakimlər Komitəsi (MHK) Super Liqada hakim təyinatlarının Entoni Teylorun, 1-ci Liqada isə Alan Snoddinin texniki qiymətləndirmələri əsasında həyata keçirildiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə MHK-nın rəsmi sosial media hesabında yayılan açıqlamada bildirilib. Açıqlamaya görə, Trendyol Super Liqasında hakimlərin təyinat prosesi Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) Elit Hakimlər direktoru Entoni Teylorun, Trendyol 1-ci Liqasında isə hakimlərin təyinat prosesi Talent & Mentor (T&M) Proqramının koordinatoru Alan Snoddinin texniki qiymətləndirmələri əsasında həyata keçirilir. Qeyd olunub ki, təyinatlar zamanı hakimlərin son dövrdəki performansı, oyunların xüsusiyyətləri və müvafiq texniki meyarlar əsas götürülür.
Mənbə
oxu.az