Fransanı etirazlar bürüdü: mer də aksiyaya qoşuldu - Video
Fransada müəllimlər də tələbə etirazlarına qoşulmaq qərarına gəliblər. Onların həmkarlar ittifaqları artıq insanları küçələrə çıxmağa çağırır.
Axar.az xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.
Mitinqlərdə Parisin ətraf ərazilərindən birinin merinin də iştirak etdiyi görüntülərdə yer alıb. Söhbət Sen-Deni şəhərinin qaradərili merindən gedir.
O, bu etirazları dəstəkləyib.
Qeyd edək ki, mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda bütün Fransanı bürüyüb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Aksiyaçılar məktəbləri və avtomobilləri yandırır, iğtişaşlar törədirlər.
Artıq 5 mindən çox insan saxlanılıb, onların əksəriyyəti 15-18 yaş arası məktəblilərdir.