Dünya
Filippində binanın çökməsi nəticəsində ölənlərin sayı artdı
Filippində tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayıb. Məlumata görə, daha üç nəfər itkin düşmüş hesab olunur və hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Qeyd edək ki, daha əvvəl binanın çökməsi zamanı 11 nəfərin öldüyü barədə məlumat verilmişdi. Xatırladaq ki, hadisə mayın 24-də baş verib. Çökmə baş verdikdən sonrakı ilk saatlarda 26 nəfər xilas edilib. Yaxınlıqdakı hoteldə qalan malayziyalı turist xəsarət alıb və daha sonra aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Mənbə
oxu.az