Dünya

Neft qiymətlərində güclü dalğalanmalar

02 Jun 2026, 11:48 26 baxış
Neft qiymətlərində güclü dalğalanmalar
Qlobal bazarda neft kəskin bahalaşmadan sonra yenidən ucuzlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "Interfax" məlumat yayıb. Bakı vaxtı ilə saat 09:10-da Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.74 dollar (0.78%) ucuzlaşaraq bir barel üçün 94.24 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 3.86 dollar (4.2%) bahalaşaraq bir barel üçün 94.98 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.87 dollar (0.94%) ucuzlaşaraq bir barel üçün 91.29 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 4.80 dollar (5.5%) bahalaşaraq bir barel üçün 92.16 dollara çatmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər