Dünya

Tayvanda qırıcı təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO

02 Jun 2026, 10:52 26 baxış
Tayvanda qırıcı təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO
Tayvan Hərbi Hava Qüvvələrinə məxsus "T-34" qırıcısı təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə iyunun 2-də yerli vaxtla 8:08-də (Bakı vaxtı ilə 04:08 - red.) təlim uçuşu zamanı baş verib. Qeyd olunur ki, Qanşan aviabazasına məxsus təyyarə mühərrikin sıradan çıxması səbəbindən uçuş-enmə zolağının şimal hissəsində qəzaya uğrayıb. Hadisənin səbəblərinin araşdırılması üçün xüsusi əməliyyat qrupu yaradılıb.
Tayvanda qırıcı təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO Tayvanda qırıcı təyyarə qəzaya uğradı: Ölənlər var - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər