Dünya

İngiltərə sahillərində sirli görüntülər - Turistlər ruhlarla rastlaşıblar?

02 Jun 2026, 06:00 1 baxış
İngiltərə sahillərində sirli görüntülər - Turistlər ruhlarla rastlaşıblar?
İngiltərənin Kornuoll sahillərində katerlə gəzintiyə çıxan sərnişinlər dəniz üzərində uçan ruhlara və ya yadplanetlilərin olmasına inanıblar. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Mirror" nəşri yazıb. Məlumata görə, Sent-Ayvs yaxınlığında gəzinti-əyləncə katerinin göyərtəsindəki sərnişinlər qəribə bir mənzərəni müşahidə ediblər. Nəşrin materialında bildirilir ki, sirli miraj sayəsində Kornuoll sahillərində üfüqdə nəhəng fiqurlar peyda olub. Şahidlər formasını dəyişən müəmmalı fiqurları təsvir ediblər. Üstəlik, turistlərlərdən bəziləri düşünür ki, onların ölçüləri 100 metrdən çox olub. Öz növbəsində turu təşkil edən şirkət iddia edib ki, bu görüntülər katerin və digər konteyner gəmilərinin vizual sınmasıdır, heyrətləndirici effekt isə nadir optik illüziyadan qaynaqlanıb. Müəyyən atmosfer şərtlərində gəmilər, sahil xətləri və digər obyektlərin havada üzürmüş kimi görünməsi və ya yeni formalar alması mümkündür.
Mənbə oxu.az

Oxşar Xəbərlər