Dünya
Türkiyədə dəhşətli avtobus qəzası: Həyat yoldaşını xilas etdi, özü isə doqquz aylıq körpəsi ilə can verdi - FOTO - VİDEO
Türkiyədə İzmir-Antalya marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun külə dönməsi ilə nəticələnən qəzada həyatını itirənlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsindən sonra kədərli təfərrüat ortaya çıxıb. Oxu.Az xəbər verir ki, bu barədə "Hürriyet" nəşrinin dərc etdiyi məqalədə bəhs olunur. Denizli-Aydın magistral yolunun Sarayköy rayonu ərazisindən keçən hissəsində sərnişin avtobusunun yol maneələrinə çırpılaraq alovlanması nəticəsində həyatını itirən səkkiz nəfər arasında ən faciəli talelərdən biri Civan Şen ailəsinə məxsus olub. Məlumata görə, Civan Şen həyat yoldaşı Sevda Şen və doqquz aylıq oğlu Eyüp Miraç Şen ilə birlikdə Qurban bayramı tətilində Sevda Şenin ailəsini ziyarət etmək üçün İzmirə gedib. Ailə yaşadıqları Antalya şəhərinə qayıdarkən dəhşətli qəzaya düşüb. Hadisə zamanı Civan Şen böyük fədakarlıq göstərərək əvvəlcə avtobusun pəncərəsini sındırıb və həyat yoldaşı Sevda Şeni həmin pəncərədən çıxarmağa nail olub. Daha sonra özü körpə oğlu ilə birlikdə avtobusdan çıxmağa çalışsa da, digər sərnişinlərin sınmış pəncərənin ətrafında yaratdığı sıxlıq buna imkan verməyib. Nəticədə ata və azyaşlı oğlu alovların arasında həyatlarını itiriblər.
{{gallery}} Faciənin digər acı hekayəsi isə İzmirdə yaşayan Güle Tayboğa və qızı Fatma Kartalla bağlı olub. Ana və qız illər əvvəl vəfat edən, Antalyanın Alanya şəhərində dəfn olunan yaxınlarının məzarını ziyarət etmək üçün yola düşüblər. Lakin təyinat məntəqəsinə çata bilməyərək qəzada yan-yana həyatlarını itiriblər. Məlum olub ki, qəzada ölən ana və qız uzun illər xərçəng xəstəliyi ilə mübarizə aparıblar. Onlar uzun sürən müalicədən sonra xəstəliyə qalib gəlsələr də, faciəli avtobus qəzasının qurbanı olublar.

Mənbə
oxu.az
Oxşar Xəbərlər