Dünya

Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu

02 Jun 2026, 01:12 1 baxış
Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye və Selçuk Bayraktar cütlüyünün üçüncü övladı dünyaya gəlib. Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, cütlüyün bir qız övladının da doğulması ilə Ərdoğanın nəvələrinin sayı 10-a çatıb. 2016-cı ildə ailə quran Bayraktar cütlüyü Canan Aybüke və Asım Özdemirden sonra üçüncü övladlarını qucaqlarına almağın xoşbəxtliyini yaşayıb. Qeyd edək ki, Ərdoğanın qızı Esra Albayrak və Berat Albayrak cütlüyünün dörd, oğlu Bilal Ərdoğan və Reyyan Ərdoğan cütlüyünün isə üç övladı var.
Mənbə oxu.az

Oxşar Xəbərlər