Dünya
İsrail xüsusi təyinatlıları Livanda itkilər verib
İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı döyüş əməliyyatları zonasında yeni itkiləri barədə məlumat yayıb. Oxu.Az xəbər verir ki, SAXAL-ın mətbuat xidmətinin bəyanatına əsasən, "Oz" xüsusi təyinatlı briqadasının tərkibindəki "Maqlan" xüsusi bölməsinin 20 yaşlı baş çavuşu Adam Tsarfati orada həlak olub. Eyni insident nəticəsində daha üç İsrail hərbçisi yaralanıb: onlardan birinin vəziyyəti ağır, digər ikisinin xəsarətləri isə yüngüldür. Ordudan bildirilib ki, onların hamısı xəstəxanaya yerləşdirilib.
Mənbə
oxu.az