Dünya

Tramp: "İran ABŞ üçün əlverişli razılaşmaya hazırdır"

01 Jun 2026, 14:20 2 baxış
Tramp: "İran ABŞ üçün əlverişli razılaşmaya hazırdır"
"İran həqiqətən də ABŞ və onun müttəfiqləri üçün faydalı olacaq razılaşma imzalamaq istəyir". Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "TruthSocial" hesabında yazıb. "Sadəcə rahatlayın, sonda hər şey yaxşı olacaq - həmişə belə olur!", - deyə Tramp qeyd edib. O əlavə edib ki, razılaşmanın bağlanmasına sülh prosesini ləngidən demokratların və müxtəlif "vətənpərvər olmayan respublikaçıların" şərhləri aktiv şəkildə mane olur. "Mənə daha sürətli və ya ləng hərəkət etməli olduğumu, yaxud başqa şeylər iddia edəndə öz işimi görmək və danışıqlar aparmaq daha çətindir", - deyə Tramp diqqətə çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər