Dünya

Ermənistanda Paşinyana qarşı sui-qəsd hazırlayanlardan birinin kimliyi bilindi

01 Jun 2026, 13:12 1 baxış
Ermənistanda Paşinyana qarşı sui-qəsd hazırlayanlardan birinin kimliyi bilindi
Ermənistan İstintaq Komitəsi ölkənin baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlayan şəxslərdən birinin şəxsiyyətini müəyyən edib. Bu barədə Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir. Bəlli olub ki, M.M. adlı şəxs ən azı dörd nəfərdən ibarət qrupun tərkibində yer alaraq zəruri geyim və maskalar əldə edib, Paşinyanın harada olması, onun seçkiqabağı kampaniyası çərçivəsindəki marşrutları haqqında məlumat toplayıb. Qrup iştirakçıları həmçinin internet platformasındakı videomateriala da qeyri-qanuni giriş əldə ediblər. Daha sonra video yayımlanıb, istintaqın versiyasına əsasən, bu isə seçkiqabağı təşviqat görüşünün qarşısının alınmasına səbəb olub. M.M. barəsində Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə istintaq başlanılıb. Onun saxlanılması barədə qərar qəbul edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər