Dünya

BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır

27 May 2026, 22:24 27 baxış
BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edib ki, 2030-cu ilə qədər Asiya ölkələrində suya olan tələbat 50 faizdən çox artacaq. Oxu.Az xəbər verir ki, bunu BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katib müavini Li Cünxua Düşənbədə keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, su ehtiyatlarının səmərəli idarə olunması üçün inteqrasiya olunmuş yanaşmalar və güclü beynəlxalq əməkdaşlıq vacibdir. "Proqnozlara əsasən, yalnız Asiyada suya tələbat 2030-cu ilə qədər 55 faiz artacaq", - deyə o vurğulayıb. BMT daha əvvəl də dünyada "qlobal su böhranı" təhlükəsinə diqqət çəkmişdi. Hesabata görə, təxminən 3 milyard insan su ehtiyatları azalan və ya qeyri-sabit bölgələrdə yaşayır. Bundan əlavə, buzlaqların kütləsinin 30 faizdən çoxu artıq itib.
Mənbə oxu.az

Oxşar Xəbərlər