Dünya
İsveç yaxın qohumlar arasında evliliyi qadağan edəcək
İsveç parlamenti yaxın qohumlar arasında nikahı qadağan edən yeni qanunu yekdilliklə qəbul edib. Oxu.Az-ın "Sweden Herald"a istinadən verdiyi xəbərə görə, 1 iyul 2026-cı ildən etibarən əmioğlu-bibiqızı və digər yaxın qohumlar arasında nikahlar qadağan ediləcək. Qanuna əsasən, qadağa doğma və ögey qardaş-bacılara, eləcə də övladlığa götürmə nəticəsində yaranan qohumluq münasibətlərinə də şamil olunur. Yeni qaydalara görə, İsveç xaricdə bağlanmış belə nikahları da tanımayacaq. Qeyd olunur ki, əmioğlu-bibiqızı nikahları İsveçdə XVII əsrdən bəri icazəli idi, lakin nadir hallarda baş verirdi. Rəqəmlərə görə, ölkədə bu cür nikahlardan yaranmış təxminən 140-150 ailə var. Hakimiyyət bu addımı əsasən bəzi regionlardan gələn miqrasiya fonunda mümkün artımla izah edir və məcburi nikahların qarşısının alınacağını bildirir.
Mənbə
oxu.az