Dünya

30 ildən sonra tutuldu: Almaniyada keçmiş terrorçuya 13 il həbs - FOTO

27 May 2026, 21:48 1 baxış
30 ildən sonra tutuldu: Almaniyada keçmiş terrorçuya 13 il həbs - FOTO
Almaniyanın Ferden şəhərində yerləşən əyalət məhkəməsi "Qırmızı Ordu Fraksiyası"nın (RAF) keçmiş üzvü Daniela Kletteyə 13 il həbs cəzası verib. Hökm onun 1999-2016-cı illərdə silahlı qarətlərdə iştirakına görə çıxarılıb. Oxu.Az-ın "Kommersant"a istinadən verdiyi xəbərə görə, 67 yaşlı Daniela Klette RAF terror qruplaşmasının "üçüncü nəsli"nə aid edilir. Qruplaşma 1970-ci ildə yaradılıb, Klette isə ona 1980-ci illərin sonlarında qoşulub.
O həmçinin 1991-ci ildə Bonn şəhərində ABŞ səfirliyinə atəş açılması və 1993-cü ildə Vayterştadt həbsxanasının partladılması da daxil olmaqla üç terror aktında iştirakda ittiham olunur. Bununla belə, Berlin Ekstremizmlə Mübarizə Layihəsinin rəhbəri Hans-Yakob Şindlerin sözlərinə görə, terrorizm ittihamları üzrə müddətin başa çatması səbəbindən Kletteyə həmin epizodlarla bağlı hökm çıxarılmayacaq. Klette 1990-cı illərin əvvəllərindən gizlənirdi və yalnız 2024-cü ildə Berlində saxlanılıb. İstintaqın məlumatına görə, o, həbs olunana qədər əlaltıları ilə birlikdə supermarketlərə, banklara və inkassator maşınlarına qarşı bir neçə silahlı qarət həyata keçirib.
30 ildən sonra tutuldu: Almaniyada keçmiş terrorçuya 13 il həbs - FOTO 30 ildən sonra tutuldu: Almaniyada keçmiş terrorçuya 13 il həbs - FOTO 30 ildən sonra tutuldu: Almaniyada keçmiş terrorçuya 13 il həbs - FOTO 30 ildən sonra tutuldu: Almaniyada keçmiş terrorçuya 13 il həbs - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər