Dünya
Ermənistanda mitinqə gəlməyə görə pul paylayanlar tutuldular
Ermənistanda iş adamı və "Güclü Ermənistan" partiyasının rəhbəri Samvel Karapetyanın iki tərəfdarı həbs edilib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, həmin şəxslər vətəndaşlara partiyanın mitinqində iştirak etmələri üçün pul paylamaqda ittiham olunurlar. Xəbərdə bildirilir ki, tutulanlar 15 min dram (təxminən 40 dollar) qarşılığımda insanları mitinqdə iştiraka cəlb ediblər. Komitənin məlumatına görə, mitinqdən sonra vəd olunan pullar iştirakçılara ödənilib.
Mənbə
oxu.az