Dünya

ABŞ-nin sabiq baş prokurorunda xərçəng aşkar edildi

27 May 2026, 14:24 2 baxış
ABŞ-nin sabiq baş prokurorunda xərçəng aşkar edildi
Həkimlər ABŞ-nin keçmiş baş prokuroru Pem Bondidə qalxanabənzər vəzi xərçəngi aşkar ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayıb. Diaqnoz onun vəzifəsindən ayrılmasından və yeni təyinatından qısa müddət sonra qoyulub. Xəbərdə bildirilir ki, keçmiş baş prokuror artıq müalicə kursu keçib və hazırda sağlamlığını bərpa edir. ABŞ lideri Donald Tramp Bondini Prezidentin Elm və Texnologiya üzrə Məsləhətçilər Şurasına (PCAST) təyin edib. Yeni vəzifəsində Bondi hökumət və texnologiya sektorunun nümayəndələri arasında qarşılıqlı əlaqə üzrə fəaliyyət göstərəcək. Qeyd edək ki, Donald Tramp Bondini aprelin 2-də baş prokuror vəzifəsindən azad edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər