Dünya
ABŞ-də zavodda partlayış: Ölən və itkin düşənlər var
ABŞ-nin Vaşinqton ştatının cənubundakı Lonqvyu şəhərində kağız fabrikində rezervuarın partlaması nəticəsində bir nəfər həlak olub, doqquz nəfər isə itkin düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində səkkiz işçi və bir yanğınsöndürən xəsarət alıb. Xəsarət alanlar yerli tibb məntəqəsinə çatdırılıb, lakin ağır yaralı olanlardan biri orada həyatını itirib. İlkin məlumatlara görə, müəssisədə kağız istehsalında geniş istifadə olunan natrium hidroksid və natrium sulfid tərkibli kimyəvi məhlul olan rezervuarda partlayış baş verib. Hakimiyyət orqanları əhali üçün birbaşa təhlükənin olmadığını bəyan edib. Lakin rezervuarın qeyri-sabit vəziyyəti təcili yardım xidməti əməkdaşları üçün təhlükəli şərait yaradıb.
Mənbə
oxu.az