Dünya

"Ferrari"nin ilk elektromobili bazarı sarsıtdı

27 May 2026, 08:50 2 baxış
"Ferrari"nin ilk elektromobili bazarı sarsıtdı
"Ferrari" şirkətinin səhmləri brendin ilk elektromobili olan "Ferrari Luce" modelinin təqdimatından sonra təxminən 8% ucuzlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, "Ferrari Luce" modelinin təqdimatı sənaye analitikləri və sosial şəbəkələrdəki influenserlər tərəfindən əsasən mənfi qarşılanıb. Ekspertlər dördqapılı və beşyerlik yeni avtomobilin dizaynını kütləvi bazara yönəlmiş adi elektromobillərlə müqayisə ediblər. Bildirilir ki, superkarın hamar xətli dizaynı daha ucuz seqmentə aid olan "Tesla Model 3", "Nissan Leaf" və "Honda" markasının elektromobillərini xatırladır. Bununla belə, "Ferrari Luce" modelinin texniki göstəricilərinin kifayət qədər yüksək olacağı gözlənilir. Belə ki, avtomobilin 1 000 at gücünə malik olacağı, 0-dan 100 km/saat sürəti cəmi 2.5 saniyəyə yığacağı və maksimal sürətinin 310 km/saatdan çox olacağı qeyd edilir. Digər tərəfdən, ilin əvvəlindən bəri "Ferrari" şirkətinin bazar dəyəri 8.9% azalaraq 73.3 milyard avroya (təxminən 85.2 milyard dollar) enib. Buna baxmayaraq, məşhur brend hələ də bazar kapitalizasiyasına görə Avropanın ən böyük avtomobil istehsalçısı statusunu qoruyub saxlayır. İlkin məlumata görə, "Ferrari Luce" modelinin satış qiyməti 520 min avrodan başlayacaq. Qeyd olunur ki, bu model sürücü ilə yanaşı, daha dörd sərnişinin rahat şəkildə əyləşə biləcəyi ilk "Ferrari" elektromobilidir.
{{gallery}}
"Ferrari"nin ilk elektromobili bazarı sarsıtdı "Ferrari"nin ilk elektromobili bazarı sarsıtdı "Ferrari"nin ilk elektromobili bazarı sarsıtdı "Ferrari"nin ilk elektromobili bazarı sarsıtdı
Mənbə oxu.az

Oxşar Xəbərlər