Dünya

Paris son 100 ildə ilk qızıl investisiya sikkəsini buraxdı

27 May 2026, 07:42 2 baxış
Paris son 100 ildə ilk qızıl investisiya sikkəsini buraxdı
Paris Sikkəxanası son yüz ildə ilk dəfə təmiz qızıldan hazırlanmış "Marianne" adlı investisiya sikkəsini təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb. Yeni sikkənin bir tərəfində Fransanın milli simvolu olan Mariannanın (Marianne) təsviri, digər tərəfində isə ölkə xəritəsi yer alıb. "Marianne" sikkələri dörd fərqli ölçü və çəkidə istehsal olunacaq. Bütün sikkələr 999 əyarlıq saf qızıldan hazırlanacaq və onların satış qiyməti birjadakı qızılın cari məzənnəsinə uyğun olaraq müəyyənləşdiriləcək. Paris Sikkəxanası, həmçinin sikkənin "e-Marianne" adlı rəqəmsal versiyasını da istifadəyə verib. Fiziki qızıl sikkələrin satışına isə iyunun 16-dan başlanacağı bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər