Dünya
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
Ağciyərlərdə ilk müsbət dəyişikliklər siqareti tərgitdikdən iki həftədən üç aya qədər olan müddətdə müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyinə həkim Marina Makarova məlumat verib. Mütəxəssisin sözlərinə görə, ağciyərlər inanılmaz dərəcədə yüksək bərpa qabiliyyətinə malikdir. Lakin tütün tüstüsünün vurduğu bəzi zədələnmələr tamamilə geri dönməz ola bilər: "Bərpa prosesinin səviyyəsi insanın yaşından, siqaret çəkmə müddətindən (stajından) və artıq mövcud olan xroniki xəstəliklərindən birbaşa asılıdır. Siqareti tərgitmək ilk növbədə selikli qişanın funksiyasını bərpa edir: selikli qişanı mikroblardan və tullantılardan təmizləyən sayrışan epitel kirpikcikləri yenidən böyüyür, həmçinin orqanizmdə oksidləşdirici stres azalır. Bununla yanaşı, qan dövranı və ağciyərlərin ümumi funksiyası yaxşılaşır. Nəticədə öskürək azalır və nəfəs darlığı tamamilə yox olur", - deyə həkim vurğulayıb.
Mənbə
oxu.az