Dünya

Suriyada gizli kimyəvi silah proqramının izləri tapıldı

27 May 2026, 02:24 2 baxış
Suriyada gizli kimyəvi silah proqramının izləri tapıldı
Suriyanın keçid hakimiyyəti keçmiş prezident Bəşər Əsəd dövrünə aid gizli kimyəvi silah proqramının qalıqlarını aşkarladığını açıqlayıb. Söhbət vətəndaş müharibəsi zamanı həyata keçirilən qaz hücumlarında istifadə olunduğu iddia edilən maddələrə bənzər xammal və sursatlardan gedir. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu Suriyanın Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatındakı daimi nümayəndəsi Məhəmməd Katub bildirib. Onun sözlərinə görə, Suriya hüquq-mühafizə orqanları Əsəd rejiminin kimyəvi proqramı ilə əlaqədə şübhəli bilinən 18 nəfəri saxlayıb. Saxlanılanlar arasında yüksəkrütbəli hərbçilər, siyasi və texniki vəzifəlilər də var. Katub qeyd edib ki, söhbət əvvəlki hakimiyyətin gizlətdiyi proqramın qalıqlarından gedir. Maddələrin və sursatların hansı ərazidə aşkarlandığı isə açıqlanmayıb. "Reuters" xatırladır ki, Suriyada vətəndaş müharibəsi zamanı kimyəvi silahlardan dəfələrlə istifadə olunub. Qərb ölkələri və beynəlxalq təşkilatlar Əsəd rejimini dinc əhaliyə qarşı zarin və xlor qazı ilə hücumlar təşkil etməkdə ittiham edirdi. Dəməşq isə bu ittihamları rədd edirdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər