Dünya
Netanyahu HƏMAS-la bağlı mühüm əməliyyatı açıqladı: Liderlərdən biri hədəfə alındı
İsrail Müdafiə Ordusu Qəzza şəhərində HƏMAS hərəkatının silahlı qanadının təxminən bir həftə əvvəl təyin olunmuş yeni lideri Məhəmməd Odeyə zərbə endirib. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib. Baş nazirin açıqlaması onun dəftərxanası tərəfindən yayılıb. Bildirilib ki, Ode 7 oktyabr hadisələri zamanı HƏMAS-ın kəşfiyyat rəhbəri vəzifəsini tutub. O, təxminən iki həftə əvvəl Qəzza sektoruna endirilən zərbə nəticəsində öldürülən İzəddin əl-Həddadın yerinə təyin edilmişdi. Baş nazirin dəftərxanası qeyd edib ki, Ode çoxsaylı İsrail vətəndaşının və hərbçisinin öldürülməsi, oğurlanması və yaralanmasına görə məsuliyyət daşıyıb.
Mənbə
oxu.az