Dünya

ABŞ-nin səhiyyə naziri iki ilanı çılpaq əllə tutdu - VİDEO

26 May 2026, 22:48 1 baxış
ABŞ-nin səhiyyə naziri iki ilanı çılpaq əllə tutdu - VİDEO
ABŞ-nin səhiyyə naziri kiçik Robert Kennedi iki ilanı çılpaq əllə tutub. Oxu.Az xəbər verir ki, o, bununla bağlı görüntüləri öz "Instagram" səhifəsində paylaşıb. Kadrlarda nazirin şəxsi ərazidə sürünənləri tutduğu anlar əks olunub. O, yaxaladığı ilanların qara təlxə olduğunu bildirib.

İlanlar fəal şəkildə müqavimət göstərərək naziri dişləməyə və əlindən çıxmağa çalışıblar. Buna baxmayaraq, nazir onları buraxmayıb və quyruqlarından tutmağa davam edib. Videonun sonuna qədər amerikalı məmur kameraya poza verərək sürünənləri inamla əlində saxlayıb. Tutulan ilanların sonrakı taleyi barədə isə hələlik məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər