Dünya

Ukraynada şəhər meri rüşvətə görə saxlanıldı

26 May 2026, 21:36 2 baxış
Ukraynada şəhər meri rüşvətə görə saxlanıldı
Ukraynanın Odessa vilayətində şəhərlərdən birinin meri saxlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) "Telegram" kanalında məlumat yayıb. "Vəzifəli şəxs xarici investisiyalı şirkətin nümayəndəsindən 35 min ABŞ dolları məbləğində qanunsuz qazanc əldə etməyə cəhd göstərib. Bu məbləğ qarşılığında mer beynəlxalq podratçılara liman şəhərində külək elektrik stansiyasının tikintisi üçün icazə sənədlərinin maneəsiz şəkildə razılaşdırılacağını vəd edib", - deyə məlumatda vurğulanıb. UTX əməkdaşları şəhər merinin cinayət fəaliyyətini sənədləşdirib və onu pulu alarkən yaxalayıblar. Vəzifəli şəxsə qarşı xüsusilə məsuliyyətli vəzifə tutan şəxs tərəfindən qanunsuz qazanc təklifinin, vədinin qəbul edilməsi və ya əldə edilməsi maddəsi ilə ittiham irəli sürülüb. Onu əmlakı müsadirə olunmaqla 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Həmçinin onun barəsində qətimkan tədbirinin seçilməsi və tutduğu vəzifədən kənarlaşdırılması məsələsinə baxılacaq. Öz növbəsində, "Dumskaya" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib ki, söhbət Kiliya şəhərinin meri Vyaçeslav Çernyavskidən gedir.
Mənbə oxu.az

Oxşar Xəbərlər