Dünya

Çində video oyunlar imperiyasının sahibini zəhərləyən şəxs edam edilib

26 May 2026, 18:18 2 baxış
Çində video oyunlar imperiyasının sahibini zəhərləyən şəxs edam edilib
Çində "Yoozoo Games" şirkətinin keçmiş top-meneceri Syuy Yao edam edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "BBC News" "Telegram" kanalı məlumat verib. O, oyun maqnatı və "Netflix"də yayımlanan "Üç bədənin tapşırığı" serialının prodüseri olan müdiri Lin Tsini zəhərləməkdə təqsirli bilinirdi. Məlumata görə, 2020-ci ilin dekabr ayında qəfildən vəfat edən Lin Tsi kompüter oyunları və oyun tətbiqləri hazırlayan "Yoozoo" şirkətinə rəhbərlik edirdi. Onun 39 yaşı var idi. İstintaqın müəyyən etdiyi kimi, o, tabeliyindəki şəxs, "Yoozoo"nun film istehsalı departamentinin keçmiş rəhbəri Syuy Yao tərəfindən şirkətin rəhbərliyi ilə bağlı münaqişə səbəbindən zəhərlənib. Lin Tsinin qətlində şübhəli bilinən Syuy Yao "Yoozoo"da Çinin fantastika yazıçısı Lyu Tsısinin eyniadlı romanının "Netflix" adaptasiyası olan "Üç bədənin tapşırığı" serialı üzərində işləyib. İş materiallarına görə, Lin Tsi ölümündən bir müddət əvvəl top-menecerin maaşını azaldıb və onu serialın istehsalı ilə bağlı məsələlərdən kənarlaşdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər