Dünya
Kuleba Kiyev sakinlərinə şəhəri tərk etmələrini tövsiyə etdi: Ukrayna paytaxtını hansı təhlükə gözləyir?
"Kiyevdə döyüş əməliyyatları nəticəsində dağıntılar olacaq". Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba "Politika stranı" "Telegram" kanalına müsahibəsində bildirib. O, Ukrayna paytaxtında "səs-küy yaranacağını" vurğulayıb və bildirib ki, Kiyev sakinləri şəhərdəki dağıntılara psixoloji cəhətdən indidən hazırlaşmalı, bəziləri isə şəhəri tərk etməlidirlər. "Biz yaşayış binalarının, muzeylərin və müəssisələrin dağıdılmasının şahidi olduq. Bu, psixoloji cəhətdən çətindir, amma biz bu mənzərəyə hazır olmalıyıq", - deyə Dmitri Kuleba qeyd edib. "Əgər kiminsə əsəbləri dözmürsə, mən bunu tamamilə başa düşürəm, hamıya ağırdır, o zaman Kiyevdəki həyata fasilə verməlisiniz. Mən hər kəsi diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıram", - deyə o əlavə edib. Xatırladaq ki, ötən gün Rusiya Kiyevə qarşı ardıcıl zərbələrin endirilməsini elan edib və əcnəbilərə Ukrayna paytaxtını mümkün qədər tez tərk etməyi tövsiyə edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər