Dünya
Rumıniyanın müdafiə naziri əvəzindən İLGİNC İDDİA: "Litvaya uçarkən GPS siqnalı itdi və..."
Rumıniyanın müdafiə naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Radu Mirutse iddia edib ki, Litvaya işgüzar səfər zamanı onun təyyarəsində GPS qlobal mövqeləndirmə sistemi siqnalı itib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Radu Mirutse "TVR" telekanalına müsahibəsində danışıb. "Biz çox güclü kəsilmələr aşkar etdik. Pilotlar hərbi naviqasiya sistemini işə saldılar, əlimizdə olan koordinatlara əsasən uçuşu təyinat yerinə qədər davam etdirmək üçün qoruyucu tədbirlər gördülər", - deyə o bildirib. Radu Mirutse qeyd edib ki, GPS siqnalının itməsi birbaşa onun təyyarəsinə yönəlməyib, bütün regionu əhatə edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər