Dünya
Moldova MDB müqavilələrindən çıxma prosedurunu işə saldı
MDB (Müstəqil Dövlətlər Birliyi) İcraiyyə Komitəsi Moldovanın birliyin əsas müqavilələrindən çıxması ilə bağlı müraciətini alıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə MDB-nin baş katibi Sergey Lebedev "Müstəqil Dövlətlər Birliyinin 35 ili: nəticələr, məqsədlər və perspektivlər" mövzusunda dəyirmi masa müzakirəsi zamanı məlumat verib. "Moldova bizə məlumat verib. Biz proseduru işə saldıq. Bu, tam bir il davam edəcək. Lakin həmçinin Kişinyov MDB-nin iqtisadi əməkdaşlığında qalmaq istəyini də ifadə edib", - deyə Lebedev bildirib. Qeyd edək ki, daha əvvəl Moldovanın MDB-nin əsas müqavilələrindən - birliyin yaradılması, Nizamnamə və Alma-Ata Bəyannaməsindən çıxmaq qərarı Prezident Maya Sandu tərəfindən təsdiqlənib və qüvvəyə minib. Kişineu sonradan bu barədə MDB İcraiyyə Komitəsinə məlumat verib.
Mənbə
oxu.az