Dünya
Yeraltı tunellə Litvadan Belarusa keçməyə cəhd edən miqrantlar saxlanıldılar - FOTO - VİDEO
Litvanın Dövlət Sərhəd Mühafizə Xidmətinin əməkdaşları Belarusdan yeraltı tunel vasitəsilə ölkəyə daxil olmağa çalışan 38 miqrantı saxlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı LRT yayıb.
Bildirilib ki, özlərini Əfqanıstan və İran vətəndaşları kimi təqdim edən 36 kişi və iki qadın Şalçininkay rayonunda tuneldən çıxaraq sərhədi keçməyə cəhd ediblər. Sərhədçilər qaranlıqda meşəlik ərazidə onları təqib edərək yaxalayıblar. Miqrantların bəzilərinin üzərində şəxsiyyəti təsdiq edən sənədlər olub. Saxlanıldıqdan sonra onlara ərzaq və ilk ehtiyac əşyalarından ibarət humanitar yardım paketləri təklif edilsə də, əksəriyyəti bu yardımdan imtina edib. Litvanın Dövlət Sərhəd Mühafizə Xidməti qeyd edir ki, yeraltı tunellərdən istifadə etməklə sərhədi keçmək cəhdləri daha əvvəl - aprel və may aylarında Vilnüs rayonunda da qeydə alınıb. Litva tərəfinin ehtimalına görə, bu cür tunellərin qeyri-qanuni keçid üçün istifadəsi Belarus sərhədçilərinin məlumatı daxilində baş verir. İlin əvvəlindən bəri Belarusdan Litvaya yüzlərlə miqrant qanunsuz yolla daxil olmağa çalışıb. 2021-ci ildə başlayan miqrasiya böhranından bu yana isə Litva sərhədçiləri 25 mindən çox qeyri-qanuni sərhəd keçid cəhdinin qarşısını alıblar.
{{gallery}}

Mənbə
oxu.az